Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:52

77 nəfərin qətlində günahlandırılan Breivik məhkəmədə dinc oturmadı


Norveçdə Anders Brevikin məhkəməsi gedir
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

Norveçdə Anders Brevikin məhkəməsi gedir

-
77 nəfərin qətlində günahlandırılan sağçı fanatik Anders Breivik Osloda məhkəmə qarşısına çıxarılıb.

O, terror və qətliam törətməkdə ittiham edilir. Breivik etiraf edib ki, Osloda 8 nəfərin ölümünə səbəb olan bomba partlayışını da, daha sonra hakim Əmək Partiyasının gənclər üçün təşkil etdiyi yay düşərgəsində qətliamı da o törədib.

Nasist salamı

Breivik bildirib ki, Norveç məhkəməsinin onu mühakimə etmək haqqı yoxdur.

33 yaşlı Breivik məhkəmədə əlləri açılan kimi zala nasist salamı verib. O, hakimlərin məhkəmə zalına daxil olması zamanı ayağa qalxmayıb.

“Mən Norveç məhkəmələrini tanımıram. Sizə bu səlahiyyəti siyasi partiyaları verib. O partiyalar ki, multikulturalizmi dəstəkləyirlər” – deyə Breivik etirazını bildirib.

Breivik məhkəmədə ağladı.

Məhkəmənin gedişində Breivikin hazırladığı təşviqat filmindən bir parça da nümayiş etdirilib. Breivikin bu filmi cinayhətlərindən bir neçə saat əvvəl YouTube kanalına yüklədiyi bildirlidi. Filmə baxan Breivkin qəhərlənərək gözləri doldu. Məhkəməni izləyən psixoloqların fikirncə göz yaşlarının peşimançılıqla əlaqəsi yoxdur. Breivik özünün hazırladığı təşviqat materialından təsirlənib.

O, terror və qətliam törətməkdə ittiham edilir. Breivik etiraf edib ki, Osloda 8 nəfərin ölümünə səbəb olan bomba partlayışını da, daha sonra hakim Əmək Partiyasının gənclər üçün təşkil etdiyi yay düşərgəsində qətliamı da o törədib.

Özünümüdafiə?

Breivik məhkəmədəki çıxışında özünü hər hansı cinayətdə günahkar saymadığını söyləyib. Hakimin sualına cavab verdi ki, hərəkətlərini özünümüdafiə kimi qiymətləndirir.

Bundan əvvəlki çıxışlarında o bildirmişdi ki, hücumlarda məqsədi Norveçin immiqrasiya ilə bağlı liberal qanunlarına etiraz etmək olub. Breivik hərəkətini onunla əsaslandırmağa çalışıb ki, “ölkənin müsəlmanların əlinə keçməsinin qarşısını almaq istəyib”.

O, terror aktı və qətliam üçün heç bir peşmançılıq hissi keçirmədiyi deyib.

Gözlənilir ki, Breivik məhkəmədən özünün anti-İslam baxışlarının reklamı üçün istifadə etməyə çalışacaq.

Qətliamdan sağ çıxmış Vegard Groslie Wennesland deyir ki, qətliam törədiləndən – ötən ilin iyulundan bəri ilk dəfədir ki, Breiviki görür.

“Mənim üçün çox çətindir bu məhkəmədə iştirak etmək. Onu sonuncu dəfə mənim
Norveç - (soldan sağa) Psixiatrlar Torgeir Husby, Synne Soerheim, Terje Toerrissen və Agnar Aspaas məhkəmədə - onlar istintaq zamanı Breivikin psixi durumu ilə bağlı rəy veriblər, 16 aprel, 2012
Norveç - (soldan sağa) Psixiatrlar Torgeir Husby, Synne Soerheim, Terje Toerrissen və Agnar Aspaas məhkəmədə - onlar istintaq zamanı Breivikin psixi durumu ilə bağlı rəy veriblər, 16 aprel, 2012
dostlarımı güllələyən zaman görmüşdüm, buna görə mənə çətindir. Amma bu prosesin başa çatması da mühümdür” – deyə o bildirib.

Breivik 77 nəfəri qətlə yetirdiyini etiraf etdiyi üçün məhkəmə əsas diqqətini onun psixi baxımdan sağlam olub-olmamasına yönəldəcək.

Ona hökmü də buna əsaslanaraq çıxaracaqlar

Əgər onun psixi baxımdan sağlam olmadığı təsdiqlənsə, onda ruhi xəstəxanaya - ömürlük müalicəyə göndəriləcək.

Amma əgər sağlam olduğu aşkarlansa, onda ya 21 illik həbs cəzasına məhkum ediləcək, ya da cəmiyyət üçün təhlükəli olduğu qənaəti qaldıqca həbsdə saxlanacaq.

Məhkəmə ciddi təhlükəsizlik təbirləri ilə müşayiət edilir.

Məhkəmə binası ətrafındakı yollar bağlanıb. Bundan başqa, məhkəmə iclasında Breivik qətliam qurbanlarının qohumları və qətliamdan sağ çıxanlardan qalın şüşə ilə ayrılıb.

Norveç televiziyası canlı olaraq məhkəmə iclasından hissələr nümayiş etdirir. Amma Breivikin çıxışını yayımlamaq qadağandır. Məhkəmə ehtiyat edir ki, Breivik həmin çıxışlarda çağırışlar edə və bununla yeni hücumlara təkan verə bilər.
XS
SM
MD
LG