Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Quba hadisələrinə görə tutulanların həbsi 2 ay uzadılıb


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
İyulun 18-də Nəsimi rayon məhkəməsində Quba hadisələrinə görə tutulan daha dörd nəfərin həbs müddəti 2 ay uzadılıb.

Bu haqda AzadlıqRadiosuna həmin şəxslərdən biri Akif Əliyevin vəkili Asabəli Musatafayev məlumat verib.

Vəkil bildirib ki, həbs müddətinin uzadılması vəsatətini cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi verib.

Əsabəli Mustafayevin sözlərinə görə, prokurorun təqdimatından məlum olub ki, cinayət işinin istintaqı yekunlaşmaq üzrədir: «Vəsatətdə qeyd olunub ki, cinayət işinin materialları məhkəməyə hazırlanır, bunun üçün vaxt lazımdır. Ona görə də həbs müddətinin uzadılmasını istəyirlər».

Akif Əliyev Quba Olimpiya Kompleksinin nəzdindəki stadionun direktoru olub. O, martın 27-də həbs olunub. Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın kütləvi pozuntusunu təşkil etmə və iştirak etmə) və 186.1 (özgə əmlakına ziyan vurmaq) maddələri ilə ittiham olunur.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıblar. Hadisələrdən bir neçə gün əvvəl isə internetdə Rauf Həbibovun həmin müşavirədəki çıxışının videosu yayılmışdı.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hadisələrə görə 30-dan çox adam istintaqa cəlb olunub. Onlardan bəziləri haqqında həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG