Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:55

Morningstar: "Azərbaycan nəyə görə tənqid olunduğunu anlaya bilmir"


Richard Morningstar. Arxiv fotosu
Richard Morningstar. Arxiv fotosu
Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və güclüdür, ancaq çətinliklərdən də azad deyil. Bu fikri aprelin 30-u Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” adlı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar səsləndirib.

Səfir vurğulayıb ki, o öz çıxışında bu münasibətlərin niyə əhəmiyyətli olması üzərində dayanacaq, eləcə də demokratiya sahəsində.

UKRAYNA HADİSƏLƏRİ VƏ QARABAĞ PROBLEMİ

Ukrayna hadisələrinin belə münasbətlərin vacibliyini göstərdiyini deyən Morningstar sual edib: Azərbaycanın suverenliyini və müstəqilliyini belə qəti şəkildə ABŞ və Avropadan başqa kim deyəcək?

Morningstar deyib ki, Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərdi.

Səfir hesab edir ki, problemin həlli Rusiyanın tam əməkdaşlığı olmadan çox çətindir.

MİRQƏDİROV, LEYLA YUNUS - CASUS, YOXSA XALQ DİLOMATI?

Morningstraın sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında insanların ünsiyyət qurmasını dəstəkləyir. Bunun qatı müdafiəçiləri olan Rauf Mirqədirovun həbsi, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanması isə səfirin fikrincə, Ermənistan və Azərbaycan arasında təmaslara ziyan vurur və bu, yanlışdır.

ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ İNSAN HAQLARI FONUNDA

ABŞ səfiri deyib ki, Azərbaycanla ABŞ-ın münasibətlərində çətin olan sahə isə insan haqları və demokratiyadır.

Onun sözlərinə görə, Azərbaycanda nəyə görə tənqid olunduqlarını anlamırlar. Onların arqumenti budur ki, Azərbaycan təhlükəli qonşuluqda yaşayır və sabitlik yaratmalıdır. Onlar bildirirlər ki, 20 ildə çox böyük işlər görüblər.

Morningstar deyir ki, bunlar doğrudur, ancaq ABŞ bu fikirdədir ki, Azərbaycanda açıq cəmiyyət daha böyük sabitlik yaradacaq.

ABŞ-IN ƏN GÜCLÜ MÜNASİBƏTLƏRİ DEMOKRATİK ÖLKƏLƏRLƏDİR

Keçmiş Dövlət katibi Hillari Clinton bir neçə il əvvəl Bakıda olanda dedi ki, ABŞ-ın ən güclü münasibətləri açıq cəmiyyətli ölkələrlədir. Bunu xatərlayan Morningstar deyir ki, demokratiya, insan haqları sahəsində Azərbaycan və ABŞ birlikdə işləməlidirlər.

O ümid etdiyini bildirir ki, Azərbaycan hökuməti fərdlərə ziyan vuran və iki ölkənin münsibətlərində ən əhəmiyyətli qıcıqlandırıcı olan və ABŞ-ın lüzumsuz hesab etdiyi hərəkətlərdən çəkinəcək.

ABŞ səfirinin çıxışının ingilis dilində mətnini burada oxu
XS
SM
MD
LG