Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:40

Baş prokurorluq yerli və xarici QHT-lərlə bağlı açılan cinayət işindən danışır


Hüquq müdafiəçisi Rəsul Cəfərov
Hüquq müdafiəçisi Rəsul Cəfərov

-

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb, - Baş Prokurorluğun avqustun 4-də yaydığı məlumatda deyilir.

Baş prokurorluq bildirir ki, cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilib:

«Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlarda Rəsul Cəfərovun həmtəsisçisi və sədri olduğu hüquqi qeydiyyatı olmayan «İnsan hüquqları klubu» ictimai birliyində şübhəli bank əməliyyatları həyata keçirilməsi qeyd edildiyindən birliyin fəaliyyəti məhkəmə qərarı əsasında yoxlanıb».

«RƏSUL CƏFƏROV 150 MİN MANATLIQ QRANTI QEYDİYYATA ALDIRMAYIB»

Baş prokurorluq bildirir ki, yoxlamanı Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri aparıb. İstintaq hesab edir ki, Rəsul Cəfərov 2010-cu ilin oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etməyib. Prokurorluğun fikrincə, Rəsul Cəfərov bununla vəzifəsindən sui-istifadə edib və qanunsuz sahibkarlıqla məşğul olaraq 147 min 900 manat məbləğində külli miqdarda gəlir əldə edib. O, 6 min manatı dövlət büdcəsinə ödəməməkdə şübhəli bilinir.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsul Cəfərov 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində keçirdiyi «Sing for Democracy» kampaniyası ilə tanınıb.

Kampaniya zamanı müxtəlif aksiyalar, sərgilər keçirilib, beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanda insan haqlarının durumuna, demokratik təsisatların vəziyyətinə yönəldilib.

Yaxınları Rəsul Cəfərova verilən ittihamları sifarişli sayır, onun həbsini ictimai fəaliyyəti ilə bağlayır.

XS
SM
MD
LG