Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:50

Dünyada işləmək imkanları


Fransada "İlk əmək müqaviləsi"nə qarşı etiraz nümayişləri, 28 mart 2006
Fransada "İlk əmək müqaviləsi"nə qarşı etiraz nümayişləri, 28 mart 2006

Ola bilərmi ki, az maaşlı işçi irəli çəkilsin, maaşı artırılsın, ancaq o sevinmək əvəzinə qorxuya düşsün? Bu paradoksal vəziyyət neft ölkəsi Venesueladadır. Kasıb əhalinin sevimlisi, populist prezident Uqo Çavesin təşəbbüsü ilə qəbul olunmuş qanuna görə, maaşı minimal əməkhaqqının 1,5 mislinədək olanları işdən çıxartmaq olmaz. İndi sahibkarlar birini işdən çıxartmaq istəyəndə əvvəlcə maaşını artırırlar, sonra çıxarırlar.


Ancaq biznesmenin də öz arqumenti var, əvvəla, xırda biznesmenlərin heç də hamısı istəyəndə işdən adam çıxarda bilmir. Paytaxt Karakasda 20 işçisi olan xırda sahibkar İqnasio deyir ki, əgər o, 5 nəfəri ixtisar edə bilsəydi, yeni texnika alardı və biznesin istiqamətini dəyişərdi. Ancaq qanun buna imkan vermir.


Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının «Biznes etmək 2007-ci il» hesabatında deyilir ki, biznesmen çevik şəkildə işə götürə və çıxarda bilməlidir. Lazım gəlsə, gecə vaxtı işlədə bilməlidir, təbii ki, əlavə maaş verməklə. Ancaq bu istək hər bir ölkədə əmək qanunvericiliyi ilə məhdudlaşır.


Venesuelada sahibkar işçini işdən çıxarmaq üçün əvvəlcə maaşını artırır, Zimbabvedə restoran sahibi ofisiantı işdən çıxartmaq istəsə, ona 10 il aylıq maaş verməlidir. Azərbaycandasa xəbərdarlıq edilmədən işdən çıxarılma mümkündür
Bu sahədə biznesmenə ən çətin ölkə Cənubi Amerikadakı Boliviyadır. Burda biznesmen işçinin razılığı olmadan onu işdən çıxarda bilməz. Oxşar qanunu 2001-ci ildə Slovakiya vermişdi, ancaq biznesmenlər öz işlərini Çexiyaya köçürməyə başlayanda Slovakiya bu qanunu dəyişdi.


Biznesnin işini yüngülləşdirməkdə ən böyük irəliləyişi isə keçən ildə Gürcüstan edib. Dünya Bankı işə götürmək - çıxartmaqda, işlədə bilməkdə biznesə yaranan imkanlara görə Gürcüstanı dünyada 7-ci yerə qoyur.


Dünya Bankı yazır ki, müqayisədə varlı ölkələrin əmək qanunları daha çevikdir, nəinki kasıb ölkələrin. Varlı ölkələr bu yolu davam etdirirlər. Keçən il Avstraliya bazar günləri və gecə işlətməyə məhdudiyyətləri ləğv edib və eyni vaxtda maaş danışmaqda işçilərin haqlarını genişləndirib.


Dünyada ən çevik-biznesmenin marağına cavab verən əmək qanunvericiliyi Danimarkadadır. Ən az işsizlik də məhz bu ölkədədir. Kasıb ölkələrdə isə bütün yük biznesmenin üzərinə qoyulur. Bir çox ölkələr var ki, orda biznesmen işçini çıxarmaq üçün ona böyük pul ödəməlidir. Məsələn, dünyada axırıncı yerə qoyulan Afrika ölkəsi Zimbabvedə işi getməyən restoran sahibi birini işdən çıxartmaq istəsə, ona 110 ay-faktiki 10 il aylıq maaş verməlidir. Syerra-Leonedə işdən çıxana maaş ödənən müddət 80 ay, Misirdə 54 aydır.


Dünya lideri isə Yeni Zelandiyadır, burda işdən çıxardanda heç bir pul ödəmirlər.


İşə götürmə, işdən çıxartma, ümumiyyətlə işlədə bilmə sahəsində bəs Azərbaycandakı biznes şəraiti necədir? Dünya Bankının hesabatına görə nə əladır, nə çox pis-dünya üzrə ortadan bir az yuxarıdır-100 ballıq sistemdə 30-40 bal. Dünya Bankı hesab edir ki, ölkədə məsələnin rəsmi tərəfini təhlil edilib, reallıqda isə, ola bilər, Azərbaycan biznesmeninin vəziyyəti daha yaxşıdır. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov deyir ki, əmək müqaviləsi çox halda bağlanmır, buna görə də biznesmen izah eləmədən işçini asanlıqla çıxarda bilir.


XS
SM
MD
LG