Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:26

Azərbaycanda siyasi azadlıqların səviyyəsi aşağı düşüb


DB hesab edir ki, Ermənistan və Gürcüstan idarəçilik göstəriciləri üzrə Azərbaycandan nəzərəçarpacaq dərəcədə irəlidədir
DB hesab edir ki, Ermənistan və Gürcüstan idarəçilik göstəriciləri üzrə Azərbaycandan nəzərəçarpacaq dərəcədə irəlidədir

Dünya Bankı (DB) dünya ölkələrində idarəçiliyin keyfiyyəti ilə bağlı hesabatını açıqlayıb. 200 ölkəni əhatə edən sənəd vətəndaşların, ekspertlərin və şirkətlərin verdiyi 120 min cavaba əsaslanır və dünyada idarəetmə ilə bağlı ictimaiyyət üçün açıq olan ən böyük məlumat mənbəyidir. Hesabat 30-dan sox mənbənin, o cümlədən, ABŞ Dövlət Departamenti, «Freedom House» və bir çox başqa qurumların təhlilləri əsasında hazırlanıb.


Sənəddəki göstəricilər hökumətin cavabdehliyi, siyasi sabitlik, korrupsiyaya nəzarət və qanunun aliliyi kimi meyarlara əsaslanır. Sorğuda iştirak edən şirkətlərə onların məmurlarla münasibəti, korrupsiya ilə üzləşmələri barədə suallar verilib. Adi vətəndaşlar isə öz ölkələrində mülkiyyət təhlükəsizliyi ilə bağlı vəziyyət, cinayətkarlıqla üzləşmələri barədə suallara cavab veriblər.



Korrupsiyaya nəzarət məsələsində Gürcüstan, Latviya və Cənubi Koreya, özəl sektorun inkişafını tənzimləyən qaydaların yüngülləşdirilməsində isə Ermənistan, Macarıstan və Litva irəliləyişə nail olub
Hökumətin cavabdehliyi deyiləndə, ölkə vətəndaşlarının hökumətin formalaşdırılmasında nə dərəcədə iştirak etməsi, eləcə də söz, toplaşmaq və mətbuat azadlığı nəzərdə tutulur. Siyasi sabitlik deyiləndə isə, hökumətin qeyri-konstitusion və zorakı yollarla devrilməsinin mümkünlüyü və terrorizm təhlükəsi nəzərdə tutulur. Bir sözlə, sənəd hansı ölkələrin uğurlu islahat apardığını, hansıların isə geridə qaldığını göstərir.


Hesabata görə, Peru, Meksika, Bosniya, Serbiya və Xorvatiya hökumətin cavabdehliyi meyarı üzrə son 10 ildə güclü inkişafa nail olub. Korrupsiyaya nəzarət məsələsində Gürcüstan, Latviya və Cənubi Koreya, özəl sektorun inkişafını tənzimləyən qaydaların yüngülləşdirilməsində isə Ermənistan, Macarıstan və Litva kimi dövlətlər irəliləyişə nail olub.


2005-ci ilin nəticələrinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 10-25 bal arası göstəriciyə malikdir. Ən aşağı göstərici isə korrupsiyaya nəzarət, siyasi sabitlik və hökumətin effektivliyi məsələsindədir. 2002-ci illə müqayisədə Azərbaycanda siyasi azadlıqların səviyyəsi aşağı düşüb, lakin korrupsiyaya qarşı mübarizə və biznesin tənzimlənməsi sahəsində cüzi irəliləyiş var.



2005-ci ilin nəticələrinə görə, Azərbaycan 100 ballıq şkala üzrə 10-25 bal arası göstəriciyə malikdir. Ən aşağı göstərici isə korrupsiyaya nəzarət, siyasi sabitlik və hökumətin effektivliyi məsələsindədir
Müqayisə üçün Ermənistan və Gürcüstan idarəçilik göstəriciləri üzrə Azərbaycandan nəzərəçarpacaq dərəcədə irəlidədir. Gürcüstan son üç ildə korrupsiyaya qarşı mübarizə, qanunun aliliyi və siyasi sabitlik sahəsində ciddi irəliləyiş əldə edib. Ermənistanda tənzimləyici fəaliyyət və siyasi sabitlik sahəsində irəliləyiş olsa da, hökumətin cavabdehliyi sahəsində geriləmə müşahidə olunur.


Sənədin müəllifləri bildirirlər ki, Şimali Amerika, Qərbi Avropa dövlətlərinin, eləcə də bir sıra başqa varlı ölkələrin vətəndaşları yaxşı idarəçilik altında yaşadıqları üçün onların həyat səviyyəsi daha yüksəkdir.


Hesabata görə, yoxsul ölkələrdə idarəçilik daha səmərəsizdir, yəni həmin ölkələrdə yaşayan vətəndaşlar məhkəmələrdən daha az ədalət gözləyə bilərlər, onların ölkələrində cinayətkarlığın səviyyəsi yüksəkdir, hökumətin vətəndaşların şəxsi həyatına müdaxiləsi mövcuddur. Lakin araşdırma müəllifləri onu da vurğulayırlar ki, yoxsul ölkələr də idarəçilik sahəsində uğur əldə edə bilərlər.


Sənədin müəlliflərindən biri Art Krey «Azadlıq» radiosuna müsahibəsində hesabatın ən mühüm hissəsi barədə bunları deyir: «Bir qayda olaraq yaxşı idarəçilik varlı ölkələrdə olur. Amma bununla yanaşı, kifayət qədər yoxsul ölkələr də var ki, siz fikirləşəndən daha yaxşı vəziyyətdədirlər. Bu isə çox ruhlandırıcıdır. Bu, onu göstərir ki, hətta kasıb ölkələr də idarəçilik sahəsində böyük nailiyyətlər əldə edə bilərlər. Məsələn, Afrikada bir sıra ölkələr var ki, onlar 100 faizlik şkalada qanunun aliliyi kateqoriyasında 50-75 faiz arası bal toplayıblar».


XS
SM
MD
LG